Prezidentin təhqir edilməsinə qarşı qanun layihəsi Milli Məclisdə

img

16-11-2016 [12:04]


Azərbaycanda internet informasiya məkanında dövlət başçısının şərəf və lәyaqәtini ləkələmə və ya alçaltma cəhdi cinayət məsuliyyətini yaradan müddəa parlamentin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında baş prokuror Zakir Qaralov Cinayət Məcəlləsinin 323.1-ci (Azərbaycan dövləti başçısının-Azərbaycan Respublikası Prezidentinin şərəf və ləyaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində ləkələmə və ya alçaltma) maddəsinə əlavələrin edilməsi ilə bağlı göndərdiyi təklif müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, bu maddədə "və ya kütləvi informasiya vasitəsində” sözləri "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında” sözləri ilə əvəz edilir.

Buna görə qüvvədə olan sanksiya 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrumetmədir.
Qanuna 323.1-1 maddəsinin əlavə olunması da təklif edilir: "323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə, 1000 manatdan 1500 manata qədər cərimə və ya 3 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR