Müəllimlərin və valideynlərin peşə seçimində rolu

img

16-11-2016 [11:44]



Esmira Əhmədova,

Şəki şəhər 11 saylı tam orta məktəbin ibtidai siniflər üzrə direktor müavini

Ahəngdar,inkişaf etmiş,ictimai cəhətdən fəal olan,mənəvi zənginliyi,əxlaqi saflığı və fiziki kamilliyi özündə birləşdirən şəxsiyyət formalaşdırılması cəmiyyət qarşısında duran çox mühüm vəzifədir.Bu vəzifəsinin yerinə yetirilməsində elmi dünyagörüşünə yiyələnməyin əhəmiyyəti misilsizdir.Böyüməkdə olan nəsildə elmi dünyagörüşünün formalaşdırılmasında ümumtəhsil məktəbi geniş imkanlara malikdir.Bu imkanlardan danışarkən qeyd etmək lazımdır ki,bütün təlim prosesində şagirdlər elmi dünyagörüşünün ayrı-ayrı struktur ünsürlərinə tədricən yiyələnirlər.

Müəllim jər bir məktəbdə mərkəzi simadır.Hansı fənni tədris etməsindən asılı olmayaraq,o,şagirdlərə fəal təsir göstərir,onların baxışlarını,münasibətlərini,təfəkkür və davranış üsullarını formalaşdırır.

Biliklərin əqidəyə,inama çevrilməsində hisslərin rolu böyükdür.Məsələn: mənfi və ya müsbət hisslər işə fəal yaxud passiv münasibət yaradır.Əmək fəaliyyəti və ictimai-siyasi fəaliyyət zamanı məktəblinin bütün davranışının məzmun və istiqamətini müəyyən edir.Hisslərin olmaması və ya inkişaf etməməsi biganəlik,tənbəllik,infantillik doğurur.Hisslərin yüksək ictimai idealarla vəhdətdə tərbiyə edilməsi,öz hərəkət və davranışını idarə etmək bacarığı şəxsiyyətin formalaşdırılmasının zəruri tərkib hissəsidir.

Məktəbin,müəllimin fəaliyyəti təkcə tədris işi ilə məhdudlaşmır.Buna görə də şagirdlərin dünyagörüşünün formalaşdırılması prosesi onların müxtəlif fəaliyyət növləri,ictimai təşkilatların çəxcəhətli işi,məktəbin ailə və əmək kollektivləri ilə əlaqəsi,elm- idraki xarakterli ədəbiyyat mütaliəsi,kütləvi informasiya və kommunikasiya vasitələrindən istifadə edilməsi və s.ilə şərtlənir. Bütün bunlar bir-birini tamamladıqda,vəhdət halında birləşdikdə şagirdlərin fəallığıni yüksəldir,qazanəlmış biliklərin düzgün mövqedən qiymətləndirilməsini,əqidəyə çevrilməsini sürətləndirir.

Gələcək həyatın,karyeranın planlaşdirilmasında doğru seçilən sənət,peşə uğura gedən yolda atılan ilk addımdır.Doğru seçilmiş peşə daim başarılı olmaq üçün əsas şərtdir.Sevərək görülən hər bir iş məhsuldarlığıyla insanın özünə geri dönür.

Peşə seçiminin doğru aparılması inşa ediləcək gələcək üçün uğurlu zəmin hazırlayır və biz şagirdlərimizə seçəcəkləri peşənin doğruluğu haqqında onlarə məlumatlandırmalı və bu yolda onlara çıraq tutmalıyıq.Valideyn öz övladını,onun istedad və bacarığına daha çox əmin olmalı,onu doğru istiqamətləndirməli və ona bələdçilik etməlidir.Təbii ki,müəllimlərin də rolu böyükdür və onlara da az iş düşmür.Biz müəllimlər şagirdlərin seçəcəyi peşə üçün stimul təşkil edirik,öz peşəsini sevən müəllim şagirdlərinə ən doğru nümunədir.Peşəsini sevən müəllim öz peşəsinə qarşı şagirdlərində məhəbbət hissini aşılayır.Bəzən özün də hiss etmədən gələcək müəllim namizədlərinin artdığına şahid olursan.Bu,müəllimin uğurudur.

Şagirdin oxuduğu əsərin qəhrəmanı onun idealına çevrilə bilər.Müəllimin təhlil etdiyi əsəsrin obrazları,onların peşələri şagirdlərdə bu peşəyə istək və sevginin yaranmasına səbəb ola bilər.Məsələn: "Mehman” povesti haqqında danışan müəllim müsbət obraz olan Mehmana,onun peşəsinə olan sadiqliyinə diqqət çəkir və şagirdlərdə bu peşəyə qarşı müsbət münasibət yaranır.O,özünü gələcəyin "Mehman”ı, gələcəyin "prokuror”u kimi görənlərin də sayı artır.

Peşəsinin,sənətinin nə olmasından asılı olmayaraq onu sevgiylə,sövqlə,məhəbbətlə yerinə yetirməyi öyrətməliyik.Ancaq bu zaman qazanılan uğur daimi və qiymətli olar.

Şagirdləri yönləndirərkən onu da unutmamaliyiq ki,seçilən peşə və a sənət onların həyat tərzlərini,yaşayış biçimini də müəyyən edəcək.Bəzən yanlış seçilən peşə insan üçün narahatliq,özünü tapa bilməmək,stress və əlbəttə ki,uğursuzluqla nəticələnə bilər.

Yeni insanın,xüsusi ilə gənc nəslin tərbiyə edilib yetişdirilməsində cəmiyyətimizin ilk özəyini təşkil edən ailənin də üzərinə böyük vəzifələr düşür.Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi bugünkü ailənin qarşısında duran başlıca ictimai və dövlət əhəmiyyətli olan bir vəzifədir.

Valideynlər öz uşaqlarını tərbiyə etməyə,onların fiziki inkişafı və təlimi qayğısına qalmağa,onları ictimai-faydalı əməyə hazırlamağa,cəmiyyətimizin layiqli üzvlərini böyütməyə borcludurlar.Valideyn övladını doğru tanımalı,seçimlərinə,düşüncələrinə,xəyallarına hörmət etməli və onu dəstəkləməlidir.Çünki,bu onun seçimidir və hər bir şagird,hər bir övlad bir şəxsiyyətdir.Valideynlər fərqinə varmadan kölə zehnli uşaqlar yetişdirirlər.Kölə zehnlilərin özlərinə inamı olmadığı kimi şəxsiyyət kimi də formalaşmaz.Yəni,heç bir təşəbbüskarlıq keyfiyyətinə sahib olmazlar.Çünki,nəyi,necə və nə zaman edəcəklərinə ata-ana qərar verir.Uşaq sadəcə verilən əmri yerinə yetirir.

Uşaqlarımıza təzyiq göstərmədən,onlara yaxşılığı,doğruluğu,gözəlliyi səbrlə başa salmalıyıq.Sevdiyimizi və onları dəyərləndirdiyimizi hər fürsətdə göstərək.Səhv etməklərindən qorxmayaq.Əgər əllərinə düzgün ölçülər vermişiksə,onda bildiklərini seçib,səhv etməməyə diqqət edəcəklər.

Daimi nəzarətdə olan fərddə məsuliyyət və azad düşünmə inkişaf etməz. ”Təcrübədə yanılma” yaxşı bir öyrənmə mexanizmidir.Dühanın önündə ən böyük əngəl müdaxilədir.Davamlı müdaxilə etdiyiniz,nəyi,necə və nə zaman edəcəyini siz təyin etdiyiniz zaman düha özünü göstərə bilmir.Düha stereotip olmayan,yəni bir tərz inkişaf etdirən iradə deməkdir.

Uşaqlarda yanlış seçilən peşə,yarımçıq öyrənilən sənət sıfıra bərabərdir.Peşəsinin mütəxəssisinə çevrilmək isə doğru seçimlərlə başlayır.Dahi Nizaminin sözləri ilə desək: "Kamil bir palançı olsa da,insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan.”

Müəllimlərlə daim əməkdaşlıq edən valideyn öz övladının gələcəyi üçün,gələcək peşə seçimi üçün düzgün yolda irəlilədiyini bilməlidir!


Digər xəbərlər
SON XƏBƏRLƏR