Rüşvət alan direktorun taleyi ilə bağlı qərar veriləcək

img

15-11-2016 [10:25]


Bu gün Şirvan Apellyasiya Məhkəməsində 160-a yaxın tələbəsindən rüşvət aldığı üçün həbs edilən Astara Pedoqoji Kollecinin direktoru Əlihəsən Həmzəyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

Prosesə hakimi Amil Dosiyev rəhbərlik edir. Ə. Həmzəyevlə bağlı qərar veriləcəyi gözlənilir.

Xatırladaq ki, artıq 3 dəfə Ə. Həmzəyevin apeliyasiya şikayəti üzrə məhkəmə iclası müxtəlif səbəblərdən təxirə salınıb.

Qeyd edək ki, Ə.Həmzəyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsinin 3-cü bəndinin bütün bölmələri üzrə ittiham edilib. Ə.Həmzəyevi 8 ildən 12 ilə qədər cəza gözləsə də, o, 5 il müddətinə azadlıqdan məhrum edilib.
"Qafqazinfo”

Digər xəbərlər
SON XƏBƏRLƏR