Çovdarovun məhkəməsi ertələndi - 14 noyabr

img

10-11-2016 [16:10]


Günün ikinci yarısında Sabunçu rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Vəkil Kamandar Nəsibov jurnalistlərə bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilən vəsatətlər təmin edilməyib. Zərərçəkmiş şəxslərdən Mübariz Məmmədov adının zərərçəkmiş şəxslərin siyahısından çıxarılması barədə vəsatət verib. O, iş üzrə zərərçəkmiş olmadığını deyib. Lakin məhkəmə vəsatəti təmin etməyib. Prosesdə işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib. Məhkəmənin baxış iclası noyabrın 14-nə təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR