Vidadi Zeynalovun məhkəməsi başladı və təxirə düşdü

img

08-11-2016 [12:01]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə ilkin hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. V.Zeynalovun vəkili Elxan Süleymanov vəsatət verərək cinayət işi materialları ilə tam tanış olmadıqlarını deyərək iclasın təxirə salınmasını istəyib.

Məhkəmə kollegiyası vəsatəti təmin edib. Məhkəmə prosesi noyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov, "AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov, "Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayev və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci(vəzifə səlahiyyətlərindən sui-istifadə), MMC-nin baş mühasibi Səhrab Hümbətova, BTRİB-in keçmiş sədri Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyev və "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov qeyd edilən maddələrdən əlavə 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə də təqsirləndirilirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR