Rauf Mirqədirov İsveçrədən siyasi sığınacaq istəyib

img

01-11-2016 [15:35]


"Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov İsveçrə hökumətindən siyasi sığınacaq istəyib. Bu barədə vəkil Fuad Ağayev bildirib.

R.Mirqədirov dövlətə xəyanət ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. İttihamda bildirib ki, R.Mirqədirov erməni kəşfiyyatına işləmək üçün hüquq müdafiəçisi Leyla Yunus tərəfindən "ələ alınıb”. Jurnalist 2014-cü ildə mühakimə olunub və demək olar ki, iki il həbsdə qalıb. Sonra şərti olaraq azadlığa buraxılıb.

R.Mirqədirov həbsdən öncə "Zerkalo” qəzetinin Türkiyədə xüsusi müxbiri olub. Orada yerli polis tərəfindən saxlanılıb və Azərbaycana ğöndərilib. Ancaq ailəsi orada qalıb. Beynəlxalq hüquq-müdafiə təşkilatlarının və İsveçrə hakimiyyətinin dəstəyi sayəsində onun xanımı və iki övladı bu ölkədə sığınacaq alıb. Üç ay öncə Azərbaycan hakimiyyəti R. Mirqədirova ailəsinə baş çəkməyə icazə verib. Jurnalist öz qərarını ailəsi ilə birləşmək istəyi, hələ də azadlığı və səhhəti üçün təhlükənin qalması ilə izah edib. Belə ki, ona qarşı ittiham hələ aradan qaldırılmayıb.

Beynəlxalq təşkilatlar R.Mirqədirovu "vicdan məhbusu” kimi tanıyıblar.

Digər xəbərlər
SON XƏBƏRLƏR