AFFA-dan “İnter”ə 4 min manatlıq cəza

img

01-11-2016 [12:51]


Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İK Topaz Premyer Liqanın 10-cu turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Topaz Premyer Liqasının X turunun "Zirə” – "Kəpəz” matçında "Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 70-ci dəqiqəsində "Kəpəz” klubunun futbolçusu Tural Axundov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Topaz Premyer Liqasının X turunun "İnter” – "Sumqayıt” matçının 83-cü dəqiqəsində meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. "İnter” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR