Tatlısəs Ərdoğanla xanımından üzr istədi

img

29-10-2016 [18:01]


Bu gün Türkiyə Cumhuriyyətinin yaranmasının 93-cü ildönümüdür.

Bu münasibətlə Prezident Sarayında tədbir təşkil olunub. Dəvət olunan qonaqlar sırasında sənətçi İbrahim Tatlısəs də var. Lakin o, qrip olduğuna görə prezident Rəcəb Tayyib Ərdoğanın dəvətindən imtina etməli olub. Bu barədə müğənni "İnstagram” hesabında yazıb.

"Cumhuriyyətimizn 93-cü ili mübarək olsun. Türkiyə Cumhuriyyətinin qurulmasında və dimdik bugünlərə qədər gəlməsində canından keçən bütün şəhidlərimizi hörmətlə anıram.

İldönümü münasibətilə cənab prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın təşkil etdiyi 29 oktyabr tədbirinə ağır qripə tutulduğuma görə qatıla bilməyəcəyəm. Başda prezidentimiz və xanımı olmaqla dövləti təmsil edən bütün şəxslərdən üzr istəyirəm. Allah sizi başımızın üstündən əskik etməsin, xainlərə fürsət yaratmasın”.


Digər xəbərlər
SON XƏBƏRLƏR