Şriftin ölçüsü / 281 dəfə oxunub

Rafael Ağayev beşqat dünya çempionu oldu

29 Oktyabr 2016 [17:30]
Azərbaycan idmançısı Rafael Ağayev növbəti dəfə karate üzrə dünya çempionu olub.

Trend-in məlumatına görə, 75 kq çəki dərəcəsində yarışan karateçimiz Macarıstan, Hollandiya, Özbəkistan, Ermənistan və İrandan olan rəqiblərini məğlub edərək finala yüksəlib.

Buna qədər dördqat dünya və 13 dəfə Avropa çempionu olan R.Ağayev final görüşündə Misir idmançısı Əbdül Rəhman Ömərdən də üstün olub.

Beləliklə, karateçimiz beşinci dəfə dünya çempionu olub.


SON XƏBƏRLƏR