Torpaq islahatları müzakirəyə çıxarılıb - Tədbir

img

29-10-2016 [14:36]



27-28 oktyabr 2016-cı il tarixlərində Estoniyanın Tartu şəhərində "Torpaq islahatının aparılması – çağrışlar və ən yaxşı təcrübələr" (Conducting Land Reform – Challenges and Best Practices) mövzusunda seminar təşkil edilib. Həmin seminarda Azərbaycanı iqtisadçı-alim Ramil Hüseyn təmsil edib.

Tədbiri Estoniya Şərq Tərəfdaşlığı Mərkəzi Avropa Komissiyası, Estoniya Bioloji Elmlər Universiteti və Estoniya Kənd İşləri Nazirliyi ilə birgə təşkil edib. Seminarın təşkil olunmasında 3 əsas məqsədin olduğu bildirilir:

1) Torpaq islahatının cari vəziyyəti,

2) Ən yaxşı təcrübələr,

3) Torpaq idarəetməsinin təkmilləşdirilməsidir.

Seminar zamanı Estoniya, Latviya, Litva və Almaniyanın yüksək səviyyəli mütəxəssisləri Şərq Tərəfdaşlığı ölkələrinin nümayəndələri ilə təcrübələrini bölüşüblər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) analitiki seminarda Kənd Təsərrüfatı Nazirliyinin nümayəndləri ilə birgə hazırladığı ölkə təqdimatı iştirakçılara təqdim edib.

Qeyd edək ki, bu il ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən torpaq islahatının 20 ili tamam olur. Məhz MDB regionunda analoqu olmayan bu torpaq islahat barədədə tədbir iştirakçılarına məlumat verilib. (Mənbə:İİTKM)



Digər xəbərlər
SON XƏBƏRLƏR