“Azərbaycan FETÖ ilə mübarizədə Türkiyənin yanındadır” – Əli Əhmədov

img

27-10-2016 [23:27]


"Azərbaycan FETÖ ilə bağlı mövzunun həssaslığını nəzərə alaraq, Türkiyənin həmin problemin çözülməsi istiqamətində atdığı addımları həm də dəstəkləyir, həm də onun yanında olduğunu bəyan edir".

Bu fikirləri Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov deyib. Ə.Əhmədov hesab edir ki, məsələyə təmkinlə yanaşmaq lazımdır: "Başa düşürəm ki, bu problem Türkiyə üçün həssasdır və bunun üçün də əsasları var. Günahı olanı varsa, bu, araşdırılmalı, üzə çıxarılmalıdır. Kampaniya aparıb, günahı olmayanları da bu işə qatmaq haqq və ədalət baxımından düzgün olmazdı. Türkiyə rəhbərliyinin apardığı bu siyasətin başa çatmasına imkanımız daxilində dəstəyimizi verəcəyik. Eyni zamanda təmkinli və səbrli addımlar atacağıq”.
teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR