Gürcüstanın daha iki kanalı Azərbaycan peykindən yayımllanır - Açıqlama

img

27-10-2016 [17:05]


Cənubi Qafqazın yeganə peyk operatoru olan "Azərkosmos” ASC Gürcüstanın daha iki kanalı – "Palitra” TV və "Trialeti” TV kanallarının kommersiya yayımına dair müqavilə imzalayıb.
 
"Azərkosmos”dan verilən məlumata görə, müqaviləyə əsasən, kanal 2016-cı ilin oktyabr ayından etibarən "Azerspace-1” peyki üzərindən 11095/H/27500  tezliyi ilə yayımlanır. Adıçəkilən kanallar vasitəsilə gürcü dilində ictimai, siyasi, iqtisadi, idman, musiqi, yumor və mədəniyyət verilişləri nümayiş olunur.
 
Peyk operatoru, həmçinin, Türkiyənin "Damar” FM radio kanalı ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən, musiqi və informasiya proqramlarının səsləndirildiyi radio kanalı "Azerspace-1” peyki üzərindən 2016-cı ilin oktyabr ayından etibarən 11027/H/7500 tezliyi ilə yayımlanmaqdadır.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR