"Heç bir silahlı fəaliyyət..." - Zaxarova

img

27-10-2016 [16:45]


"Heç bir silahlı fəaliyyət münaqişənin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilməz".

Bunu Rusiya XİN-in xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə rəsmi Moskvanın aprel hadisələrindən keçən 6 ay müddətdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyəti və hərbi əməliyyatların bərpa olunması təhlükəsini necə qiymətləndirməsi ilə bağlı suala cavabında bildirib.

O, heç bir silahlı fəaliyyətin münaqişələrin sülh yolu ilə nizamlanmasına yardımçı ola bilmədiyini deyib: "Bu, Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, beynəlxalq münasibətlər və siyasi-diplomatik nizamlanma siyasətinin nəzəriyyə və praktikası prinsiplərinə də aiddir".

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub