Zakir Həsənov bir qrup yazıçı ilə görüşüb

img

27-10-2016 [15:53]


Bir qrup yazıçı müdafiə naziri Zakirə Həsənovla görüşüb. 

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə birliyin sədri, xalq yazıçısı Anar, xalq şairləri Sabir Rüstəmxanlı və Nəriman Həsənzadə, xalq yazıçısı Mövlud Süleymanlı, birliyin gənclər üzrə katibi Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza və başqaları iştirak edib. 

Görüşdə yazıçıların hərbi hissələrdə görüşlərinin keçirilməsi, cəmiyyətdə hərbi-vətənpərvərlik hisslərinin yüksəldilməsi və s. məsələlər müzakirə olunub.

Nazir əsgərlərdə hərbi-vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi üçün ədəbiyyat xadimlərinin təbliğatının böyük rol oynadığını diqqətə çatdırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR