27-10-2016 [14:35]
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Silahlı Qüvvələrin modernləşdirilməsi çərçivəsində Hərbi Hava Qüvvələrinin idarəetmə sisteminin təkmilləşdirilməsi və yüksək texniki standartlar səviyyəsinə çatdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.
Bu barədə Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin tabeliyində olan hərbi hissəyə gəlib.
Məlumata görə, Müdafiə Nazirliyinin rəhbərliyi yeni təmir edilən hərbi şəhərciyin ərazisindəki qərargah, əsgər yataqxanası, yeməkxana, qazanxana, ərzaq anbarı, tibb məntəqəsi, transformator yarımstansiyası, rabitə qovşağı, sıra meydanı və digər obyektlərə baxış keçirib, hərbi qulluqçuların sosial-məişət və xidməti şəraiti, həmçinin döyüş fəaliyyəti ilə maraqlanıb:
"Müdafiə naziri ən müasir və yüksək texnologiyalar əsasında yaradılmış avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilərək yeni istifadəyə verilən Qırıcı Aviasiya Bazası və Radiolokasiya hərbi hissəsinin Birləşmiş Komanda Məntəqəsinin açılışında iştirak edib.
Birləşmiş Komanda Məntəqəsinin fəaliyyəti barədə brifinqin təqdimatından sonra Hərbi Hava Qüvvələrinin döyüş tapşırıqlarının yerinə yetirilməsi ssenarisi üzrə təlim tapşırıqları icra olunub.
General-polkovnik Z.Həsənova məruzə olunub ki, müasir texnoloji avadanlıqla təchiz edilən məntəqə Hərbi Hava Qüvvələrinin döyüş növbətçiliyinin yüksək səviyyədə aparılması, qoşunların qısa müddətdə döyüş vəziyyətinə gətirilməsi, eləcə də istənilən iqlim şəraitində və sutka ərzində düşmənin hava hədəflərinin izlənilməsi, kəşfiyyat məlumatlarının toplanılması, təhlili, qərarların vaxtında qəbulu və aviasiya qüvvələrinin döyüş tapşırıqlarını maksimal effektiv icrasını təmin edir".
Yaradılan şəraitlə tanış olan Müdafiə naziri gündəlik xidmətin və döyüş növbətçiliyinin aparılması ilə bağlı müvafiq tapşırıqlar verib.
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib