Bu dövlət qurumlarında rəsmi yoxlama aparıldı - SİYAHI

img

27-10-2016 [13:25]


Bu gün Hesablama Palatasının növbəti kollegiya iclasında həyata keçirilmiş əzarət tədbirləri üzrə hesabatlar müzakirə olunub.

Mia.az Palataya istinadən xəbər verir ki, gündəliyə aşağıdakı məsələlər çıxarılıb:

1. Dövlət İnvestisiya Proqramının icrası üzrə ekspert-analitik təhlilin nəticələri ilə bağlı;

2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində vergi qanunvericiliyinə riayət edilməsinin auditi ilə bağlı;

3. Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Tovuz Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair;

4. Dövlət büdcəsinin yerli xərclərinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Abşeron Rayon İcra Hakimiyyətinə və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair; 

5. Dövlət büdcəsinin yerli xərclərindən Quba rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair;

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsi üzrə gəlir və xərclərin, həmçinin şöbənin saxlanılması xərclərinin icrasına dair;

7. Rayon (şəhər) məktəbəqədər təhsil müəssisələrinin ərzaqla təminatı xərclərinə dair ekspert-analitik  təhlilin nəticələri ilə bağlı;

Məlumata görə, iclasda hər bir nəzarət tədbiri üzrə Kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında, həmçinin aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilib.

Kollegiyada  Hesablama Palatasının 2016-cı il İş planında nəzərdə tutulmuş bir neçə nəzarət tədbiri ilə bağlı proqramlar  da təsdiq olunub. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR