Dövlət qəzeti nazirin adından saxta müsahibə yayıb? - Nazirlikdən sərt açıqlama

img

27-10-2016 [13:06]


Rəsmi dövlət qəzeti "Respublika”nın bugünkü sayında müəllifi Təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən məqalə dərc olunub.

Böyük həcmi olan məqalə ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidməti açıqlama yayıb.

Açıqlamada bildirilir ki, sözügedən qəzetin 27 oktyabr 2016-cı il tarixli nömrəsində müəllifi təhsil naziri Mikayıl Cabbarov olduğu göstərilən "Müstəqillik illərində Azərbaycanda təhsilin inkişafı” adlı yazının əslində nazirə heç bir dəxli yoxdur:

"Təhsil Nazirliyinin Mətbuat xidməti bildirir ki, qeyd olunan yazı təhsil naziri Mikayıl Cabbarova aid deyil və onun hazırlanması ilə bağlı "Respublika” qəzetindən Təhsil Nazirliyinə heç bir müraciət olunmayıb”.


Digər xəbərlər
SON XƏBƏRLƏR