"O meşələrin 80 min hektara yaxını hələ də bizə verilməyib" - Nazir müavinindən gözlənilməz açıqlama

img

27-10-2016 [13:06]


Bu gün Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.

İclasda çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb: 

"Yalnız son 8 ildə 4 min hektardan artıq ərazi bərpa edilərək 5 mln. ağac əkilib. Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Amma ümumilikdə ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik.

Azərbaycanda yaşayıb azərbaycanlı olmayanlar xaricə donoslar yazırlar ki, guya Azərbaycanda meşələr qırılır.

SSR zamanında 150 min hekrata yaxın sovxoz meşələri olub. 1995-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən həmin sovxoz- kolxoz meşləri Meşə Təsərrüfatı Birliyinə verilməli idi. Bu gün nədənsə o meşələrin 80 min hektara yaxını hələ də bizə verilməyib. Bu qanuna dəyişiklikdən sonra sahibsiz qalmış meşələr Ekologiya və Təbii Sərvətlər Nazirliyinə veriləcək”. 

Nazir müavini qeyd edib ki, nazirlik 9 ay ərzində 146 nəfəri 274.200 manat cərimələyib: "154 fakt üzrə iş hüquq mühafizə orqanlarına göndərilib, 16 iş isə məhkəməyə verilib”. 

AzVision.az


Digər xəbərlər
SON XƏBƏRLƏR