27-10-2016 [12:53]
İsveçrənin Azərbaycandakı səfiri Filip Stalder Mətbuat Şurasında olub.
Bu barədə Mətbuat Şurasından Mia.az-a verilən xəbərə görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov ona rəhbərlik etdiyi qurumun məqsəd və vəzifələri ilə bağlı məlumat verib.
Ə.Amaşov bildirib ki, Mətbuat Şurası institutları dünyanın bir çox qabaqcıl ölkələrində medianın özünütənzimləmə qurumu kimi uğurla fəaliyyət göstərməkdədir.
Azərbaycanda bu təsisatın 2003-cü ildə ölkə jurnalistlərinin I qurultayında yaradıldığını vurğulayan Ə.Amaşov qurumun tərkibinə tanınmış, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin daxil olduğunu diqqətə çatdırıb.
«Başlıca missiyamız media orqanları ilə bağlı müxtəlif vətəndaş qruplarından daxil olan şikayətlərin araşdırılması, qərar və rəylərin çıxarılmasıdır.
Tədbirlərimiz ictimai qınağa əsaslanır. Bununla yanaşı ölkədə söz və ifadə azadlığı ilə əlaqədar tendensiyaları diqqətdə saxlayırıq. Əlbəttə, beynəlxalq əməkdaşlıq da bizim üçün prioritet təşkil edir. Mətbuat Şurası bir çox nüfuzlu beynəlxalq media qurumlarında təmsil olunur. Çalışırıq ki, xarici təcrübənin ölkəmizdə səmərəli tətbiqi yollarından faydalanaq», – deyə, Ə.Amaşov vurğulayıb.
İsveçrənin Azərbaycandakı səfiri F.Stalder rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan mediasına yönələn təşəbbüslərindən söz açıb.
Mövcud xüsusda hər iki ölkə jurnalistləri arasında səmərəli əməkdaşlıq yolları nəzərdən keçirilib. Konkret olaraq İsveçrə jurnalistlərinin Azərbaycana səfərinin təşkili, həmçinin peşəkarlığın artırılması yolları, birgə konfrans və seminarların düzənlənməsi üzərində dayanılıb.
Belə razılığa gəlinib ki, Mətbuat Şurasının və Səfirliyin qarşılıqlı əməkdaşlığı çərçivəsindəki ilk addım kimi İsveçrənin tanınmış jurnalisti və pedaqoqu Aleksandra Starkın gələn ilin əvvəllərində Azərbaycana səfəri həyata keçirilsin.
Tanınmış jurnalist KİV-lərin gənc əməkdaşları və ali məktəblərin jurnalistika fakultələrinin tələbələri üçün onlayn media və sosial şəbəkələr mövzusunda mühazirələr oxusun, bilik və təcrübəsini onlarla bölüşsün.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb