Dolları bahalaşdıran səbəblər - Bazardan gələn siqnallar

img

27-10-2016 [12:46]


Dolların yapon yeninə qarşı məzənnəsi təxminən 3 aylıq maksimum səviyyəsində qərarlaşıb. 

Buna səbəb ABŞ-ın dövlət istiqrazlarının gəlirliliyinin və FED-in uçot dərəcəsini artırması ilə bağlı ehtimalların artım səviyyəsinin dolları möhkəmləndirməsidir. Hazırda 1 dollar 104,48 yen təşkil edir. Avronun məzənnəsi isə 0,1% zəifləyərək 1,0902 dollar səviyyəsində qərarlaşıb. Funt sterlinq 0,2% zəifləyərək 1,2218 dollara enib.

Dolların indeksi 0,06% geriləyərək 98,688 səviyyəsinə çatıb. Bu rəqəm isə çərşənbə axşamı dolların 9 aylıq maksimuma çatdığı 99,119 səviyyəsindən bir qədər aşağıdır.

FED-in dekabr ayında keçirəcəyi toplantıda uçot dərəcəsini artırması ehtimalı 74%-dir.
APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub