Aşıq Əlinin maşını əlindən alındı; Polis polkovniki canlı efirə qoşuldu - QALMAQAL

img

27-10-2016 [12:40]


Ötən gün "5-də 5" verilişinin qonağı olan aşıq Əlinin başına iş gəlib.

Milli.Az xəbər verir ki, canlı yayımda verilişin aparıcısı qonağı aşıq Əlini salamladıqdan sonraonu sual atəşinə tutub:

Zaur Kamal:Əli, necəsən?

Aşıq Əli:Bir az qanımız qaradır, amma yaxşıdır hər şey.

Zaur Kamal:Niyə? Nə olub?

Aşıq Əli:Sonra deyərəm.

Zaur Kamal:O zaman dərd-qəmi unut, verilişdəsən.

Aşıq Əli:Bir Cəmşid müəllim var. Onu salamlamaq istəyirəm.

Zaur Kamal:İşin düşüb ona?

Aşıq Əli:Hələ heç-heçədir. Görək nə olur. Efir söhbəti deyil, Zaur. Açıqlamayacam o kimdir, nəçidir. Özü baxır verilişə, bilər.

Verilişdə tanınmış sənətçinin dialoqunun üstündən dəqiqələr keçmiş canlı efirə telefon zəngi olub. Efirə qoşulan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov canlı yayımda aşıq Əlinin kefsiz olmasının pərdəarxası məqamlarına aydınlıq gətirib:

"Canlı efirə zəng etməyimin səbəbi var. Hal-hazırda mənə məruzə edildi ki, çox hörmətli sənətçimiz aşıq Əlinin kefinin olmamasının səbəbi Səbail rayon DYP tərəfindən onun avtomobilinin alınması ilə bağlıdır. 

Hörmətli Əli müəllim, sizin sənətinizin pərəstişkarıyam. Ancaq efir vasitəsi ilə Səbail rayon DYP şöbəsinin polis polkovnik-leytenantı Cəmşid Həmzəyev tərəfindən sizə məxsus avtomobilin alınıb cərimə meydançasına qoyulması ilə bağlı narazılıq edirsiniz. Hər halda, Əli müəllim bilir ki, onun avtomobili niyə cərimə meydançasına salınıb. Əli müəllim elə danışdı ki, sanki DYP tərəfindən ona haqsızlıq edilib.Söhbət  "460" dövlət nömrə nişanlı avtomobildən söhbət gedir".

Aşıq Əli Vaqif Əsədovun bu açıqlamaları qarşısında bir anlıq çaşqınlıq keçirsə də, polis polkovnikinin sözlərinə belə reaksiya verib:

"Heç burada yol polisi haqda danışılmadı axı! Saxlanılan mənim maşının deyil axı. Mənim maşınım bu dəqiqə aşağıdadır (Xəzər TV-nin studiyasının həyətində). O maşın mənim deyil, xeyr!"

Vaqif Əsədov:"Sizin deyilsə, o zaman bu narazılıq nədəndir? Tərtib edilmiş 5 inzibati protokol, konkret müəyyən edilmiş cərimə məbləği var. Faiz də üstünə gəlib. Bundan başqa, elektron, yəni əhali arasında MMX kimi tanınan - yenə də 5 qayda pozuntusu ilə bağlı müvafiq sənədlər var. Eyni zamanda həmin avtomobil etibarnaməsiz idarə edilir".

Aşıq Əli: "Mən bir ad çəkdim. DYP şöbəsi adı çəkdim?! O adı daşıyan mənim dost-tanışım da ola bilərdi. Səbail rayon DYP şöbəsi ilə bağlı mənim heç bir narazılığım yoxdur. Maşın da mənim deyil".

Vaqif Əsədov: "Təbii ki, vəkalətnamə olmadığı halda maşın sənə məxsus ola bilməz".

Zaur: "Əli, boynuna al da. Bu, Əlinin ailə maşınıdır".

Əli məsələyə gülümsəyərək son nöqtəni qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub