Deputat Milli Məclisdə ağacların kəsilməsinə etiraz edib

img

27-10-2016 [12:11]


Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu və Aqrar siyasət komitələrinin birgə iclasında ölkədə ağacların kəsilməsi məsələsinə də toxunulub.

Deputat Rövşən Rzayev bildirib ki, təmsil etdiyi Göygöl rayonunda ağaclar sürətlə kəsilir və buna səbəb insanların istiliklə təminatında yaranan problemlərdir. O qeyd edib ki, həmin dağətəyi bölgədə yaşayan insanlar qış aylarında istiliklə təmin olunsalar, ağacları kəsməzlər. R. Rzayev onu da bildirib ki, paytaxt Bakıda da son vaxtlar ağaclar çox kəsilir və bunun kimlər tərəfindən edildiyi hələ də məlum deyil. O iclasda iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevə də məsələ ilə bağlı müraciət edib.

Deputat Məlahət İbrahimqızı isə bildirib ki, Azərbaycanda yaşıllığın artması istiqamətində xeyli işlər görülüb və bunu görməmək mümkün deyil: "Bizdən Avropada Yaşıllar Partiyasına donoslar yazırlar ki, guya burada yaşıllığa qarşı soyqırımı var. Amma onların bir üzvü mənimlə söhbətdə bildirdi ki, mən Bakıya getdim və sizdəki yaşıllığa heyran qaldım. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra təkcə Bakıda parkların sayı sürətlə artıb. Hər tərəf yaşıllıqdır”.

Nazir müavini Firdovsi Əliyev isə bildirib ki, son 15 ildə Azərbaycanda yaşıllaşdırmanın miqyası 11,4 faizdən 11,8 faizə qalxıb: "Müəyyən hallarda ağacların kəsilməsi faktları da olur, bunun dərhal qarşısını alırıq. Amma ümumilikdə ölkədə yaşıllaşdırma çox sürətlə artır və biz bu sahədə xeyli nailiyyətlər əldə etmişik”.
APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR