27-10-2016 [12:08]
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov aclıq aksiyası keçirir.
Vəkili Kamandar Nəsibov bildirib ki, buna səbəb A.Çovdarovun səhhətində yaranan problemlərin müalicəsinə yaradılan süni problemlərdir.
A.Çovdarov aclıq aksiyasına başlaması ilə bağlı məktubunu vəkillərinə təqdim edib.
O, məktubunda qeyd edib ki, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən "müalicə” yolu ilə öldürüləcəyindən tam əmindir. Odur ki, bunlara etiraz olaraq, həyatının təhlükədə olduğunu düşünərək, aclıq aksiyasına başlayıb.
"Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm” – deyə məktubun sonunda qeyd edilir və həbsdəki generalın imzası ilə təsdiq olunur.
Akif Çovdarovun ictimai reputasiyası birmənalı mənfi işarəlidir. Onun adı "Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətl işində, "Azadlıq” qəzetinin müxbiri Aqil Xəlilin bıçaqlanmasında, ictimai fəallara, iş adamlarına, sıravi vətəndaşlara qarşı xüsusi amansızlığı ilə seçilən işlərdə qırmızı xətlə keçib.
A.Çovdarovun aclıq edib haqq-ədalət tələb etməsi cəmiyyətdə birmənalı qarşılanmır. Hüquq müdafiəçiləri A.Çovdarovun pozulmuş hüquqlarının bərpası yönündə atdığı addımları dəstəkləyirlərmi? Onu müdafiə edərlərmi?
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyir ki, A.Çovdarovu ilkin olaraq ailə üzvləri, yaxınları, iş yoldaşları müdafiə etməlidir. İkinci mərhələdə isə onun hüquqlarını müdafiə komitəsi yaradıla bilər:
"Gürcüstanda yerliləri onun müdafiəsinə qalxıb, sonra susdular. Onların da səsi kəsildi. Vəkilinin keçirdiyi mətbuat konfranslarında söylədikləri çox ciddi məsələlərdir. İlk növbədə Akif Çovdarovun aclıq aksiyasını dayandırmaq lazımdır. İnsanın canına qəsd etməsi yolverilməzdir. Bu, etirazın ən kəskin formasıdır. Uzunmüddətli aclıq etməsinin qarşısı ailə üzvləri tərəfindən alınmalıdır. Ona çağırış edib aclığı dayandırmasını deməlidirlər. Aclıq mesajdır. Mesajın ünvanlandığı qurumalrın rəhbərləri hərəkətə keçib araşdırma aparmalıdır və tələblərə diqqət etməlidirlər. Mən onun hüququnun pozulmasının əleyhinəyəm”.
M.Qəhrəmanlı A.Çovdarovun vaxtilə etdiklərinə görə cavab verəcəyini də bildirib: "O, özü də vaxtilə insanların hüquqlarını pozub. O da Allahın mühakiməsi qarşısında dayanacaq, cəzasını alacaq. Onu bu gün dustaq edən də, mühakimə edən də, cəzalandırılmasını istəyənlər də özünün həmkarları, dostları, yaxınlarıdır”.
M.Qəhrəmanlı deyir ki, əgər Akif Çovdarovun hüquqlarını müdafiə komitəsi yaradılsa, həmin komitəyə qoşulmayacaq: "Komitənin toplantılarında iştirak edib sadəcə orada danışılanları dinləyə bilərəm. Hüquq müdafiəçisi heç bir ayrı-seçkiliyə yol verməməlidir”.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə deyir ki, Akif Çovdarovu müdafiə etmələri üçün yaxınlarının müraciəti olmalıdır: "Onun yaxınlarının, vəkillərinin müraciətlərinə hələ ki rast gəlməmişəm. Onun xəstə olması haqda məlumatlıyam, həbs edilməmişdən öncə sağlamlığında problemləri olub. Hazırda isə sağlıq durumu nə yerdədir, bu haqda tam olaraq məlumat yoxdur. Qəzetlərdəki məlumatları da izləməmişəm. Vəkili gəlsin, sənədləri bizə təqdim etsin, bilək ki, orada nə baş verir, hüquqları nə vaxt, niyə pozulub”.
S.Bənəniyarlı deyir ki, Akif Çovdarovu müdafiə etmək niyyətində deyillər: "O, yüzlərlə insanın hüquqlarını pozub, haqqını tapdayıb, konkret cinayət əməllərinə görə tutulub. Akif Çovdarovu müdafiə etmək niyyətində deyilik. Bunu mətbuatdan illərlə oxumuşuq. Aqil Xəlil niyə bu gün Fransada yaşayır?
Mətbuat, ”Yeni Müsavat" zamanında aylarla bu haqda yazıb. Bu gün belə bir adamın hüquqlarının müdafiəsi üçün aclığa başlamasını da qəbul etmirəm. Sadəcə, hansısa instansiyada hansısa bir problemi varsa, bunu araşdıra bilərik".
Musavat.com
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb