Evdəki partlayışda yaralanan yüksək vəzifəli məmur öldü

img

27-10-2016 [11:41]


Abşeron rayonunun Hökməli qəsəbəsində yerləşən villada baş verən partlayış zamanı ağır xəsarət alan "Azəravtoyol" ASC-nin Aparat rəhbəri Müşviq Abbasov dünyasını dəyişib.

Mia.az reporta istinadən istinadən xəbər verir ki, hadisədən sonra M.Abbasov Türkiyəyə aparılıb və oradakı xəstəxanalardan birinə yerləşdirilib. O, oktyabrın 27-də Ankarada xəstəxanada vəfat edib. Şəbruz Novruzovanın vəziyyəti isə ağır olaraq qalır.

Qeyd edək ki, oktyabrın 20-də Abşeron rayonunun Hökməli qəsəbəsi Koroğlu küçəsi döngə 5 ünvanında fərdi yaşayış evində partlayış baş verib. Hadisə zamanı ev sahibi Müşviq Abbasov, həyat yoldaşı Şəbruz Novruzova, 12 yaşlı qızları Leyla Abbasova ağır xəsarət alıblar, 3 yaşlı qızları Banuçiçək Abbasova isə ölüb.

M.Abbasov və həyat yoldaşı Türkiyədə xəstəxanaya yerləşdiriliblər.

Evdəki partlayışda yaralanan yüksək vəzifəli məmur öldü
Evdəki partlayışda yaralanan yüksək vəzifəli məmur öldü

Digər xəbərlər
SON XƏBƏRLƏR