Marneulidə gərgin durum yaranıb: Soydaşlarımız hədələnir, evlərə silahlı basqınlar artıb...

img

26-10-2016 [17:39]


Gürcüstanda bütün dövlət resursları, xüsusi xidmət orqanları və icra nümayəndəliklərindəki sıravi işçilərə qədər hər kəsi səfərbər ediblər ki, Marneulidən ikinci mandatı türk-azərbaycanlı qazanmasın.

Borçalıdan, xüsusilə Marneulidən olan soydaşlarımız sırf milli mənsubiyyətə görə qarşılaşdıqları ayrı-seçkilikdən əziyyət çəkirlər. Hətta deyə bilərik ki, bu günlərdə həbs edilən 6 nəfər haqda mətbuatda heç bir informasiya getmədi.

Azərbaycanəsilli ağsaqqal və məktəb direktorlarını sıxışdırılır, svanəsilli namizəd Tamaz Naverianinin seçilməsi üçün təzyiqlər edilir. Bundan əlavə biznesmenlərimizi xüsusi cərimələrlə təhdid etməkdən belə çəkinmirlər. Gecələr isə silahlı şəxslər evlərə daxil olurlar.

Marneuli bazarında azərbaycanlı satıcılara müraciət ediblər ki, Naveriani seçilməzsə, onların bazarlara çıxışına qadağa qoyulacaq. Əsas yaşayış mənbəyi olan bazar və torpaqla bağlı hədə- qorxu gəlinən soydaşlarımızı hətta çörəklə belə hədələyirlər. 

Gənclərin həbs olunacağı ilə bağlı şayiələr yayırlar.

Qeyd edək ki, "Vahid Milli Hərəkat” partiyasının Marneuli rayon təşkilatının sədri Əhməd İmamquliyev oktyabrın 30-da majoritar qaydada keçiriləcək seçkilərin 2-ci turunda iştirak edəcək.

Əhməd İmamquliyev birinci turda rəqibi Tamaz Naveriani 48,8% səs toplamaqla qələbə qazansa da, bu, ona birinci turda qalib gəlməyə imkan verməyib.

Çünki dövlət qanunsuz olaraq seçkilərə açıq müdaxilə edir və bütün imkanları ilə azərbaycanlı namizədin məğlub olması üçün çalışır. Əhməd İmamquliyevi nəinki "Vahid MilliHərəkat” partiyasının tərəfdaşları, həm də rəqibi Tamaz Naverianinin kriminal keçmişi olmasından narahat olan digər vətəndaşlar da dəstəkləyirlər.


Tamaz Naveriani

Əhməd İmamquliyev bildirir ki, kriminal yollarla pul toplayıb Marneuli rayon bazarlarını alan Tamaz Naveriani hazırda bazara gələn əhaliyə təzyiq göstərir ki, ona səs verməsələr, azərbaycanlıların bazarda məhsullarını satmasına əngəl olacaq.

Lakin Əhməd İmamquliyev söyləyir ki, Gürcüstan demokratik ölkə olduğunu bəyan edib və vətəndaşlar heç bir kriminal təzyiqdən qorxmamalıdırlar. O əmindir ki, 36-cı seçki dairəsinə daxil olan bütün vətəndaşlar kişili, qadınlı, gəncli, qocalı seçki məntəqələrinə gedərək, kriminala "YOX”, Əhməd İmamquliyevə "HƏ”deyəcəklər.

Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa, Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaq.

Qeyd edək ki, ölkənin əsas ana müxalifəti sayılan "Vahid Milli Hərəkat" partiyasının üzvü Azər Süleymanov isə proporsional siyahı üzrə mandat əldə edib.

Faktor.az


Digər xəbərlər
SON XƏBƏRLƏR