Prezidentin məmura verdiyi medal və pul oğurlandı - Ağdaşda ilginc hadisə + polisindən şikayət

img

26-10-2016 [17:26]


Ağdaş rayon sakini Əlican Mahmudov Mia.az-a məktub yazıb.

O, rayon polislərinin oğurluq faktları ilə bağlı hərəkətsizliyindən şikayətlənir.

Mia.az həmin şikayət məktubunu təqdim edir:

"Diqqətinizə çatdırım ki, son zamanlar Ağdaş rayonunda baş verən silsilə oğurluqların qurbanlarından biri də  mənəm. 26 oktyabr 2015-ci il tarixində mənim də evimdən 15.000 manatdan artıq dəyərində qızıl-ziynət əşyaları, 5100 manat nəğd pul və dövlətə sədaqətli xidmətimə görə 2010-cu ildə tərəfinizdən verilmiş "Dövlət qulluğunda fərqlənməyə görə" medalı oğurlanıbr.

Bununla bağlı Ağdaş RPŞ-də 150220070 saylı başlanmış cinayət işi bu günə qədər də açılmamış, sırrə qədəm qoymuşdur. Ağdaş RPŞ-də  qəbulda olarkən verilən yalançı vədlər məndə cinayət işinin açılmasında şübhə yaratmış, bunula bağlı  dəfəl lərlə  respublikanın bütün ali orqanlarına rəsmi şikayət ərizəsi yazmağıma baxmayarq bu günə qədər heç bir nəticə olmamış, tam əksinə, susdurulmuşdur".

Əlican Mahmudov yazır ki, o, 1993-cü ildən 2012-ci ilə qədər icra hakimiyyəti orqanlarında fasiləsiz işləyib və ölkə başçısı İlham Əliyev tərəfindən  yüksək səviyyədə qiymətləndirilib:

"Hazırda xəstəliyimə görə II qrup pensiyaçı-əliləm. Həyatım boyu Ağdaş rayonunda gedən ictimai-siyasi işlərdə fəal olmuşam. YAP Ağdaş rayon təşkilatının Şura üzvüyəm. Ailəmiz Heydər Əliyevin hakimiyyətinə sədaqətlə xidmət etmiş və bu gün də Dövlətimizə, Prezidentimizə və onun hüquq medafiəsi orqanlarına güvənmişəm. Mənim tək bir arzum var ki, tez bir zamanda evimdə edilmiş oğurluq hadisəsinin açılsın, dəymiş maddi ziyanlığın ödənilsin və mənim kimi qurbanların sayının artmaması üçün cinayətkarlar tapılaraq məsuliyyətə cəlb olunsun".

Şikayətlə bağlı DİN-nin və Ağdaş rayon Polis Şöbəsinin də mövqeyini dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR