Kəmaləddin Heydərov vətəndaşları qəbul edəcək - Xəbərdarlıq

img

26-10-2016 [16:48]


Fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 28-də Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında vətəndaşları qəbul edəcək.

Mia.az FHN-ə istinadən xəbər verir ki, saat 11.00-a nəzərdə tutulan qəbulda Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin inzibati binasında 27 oktyabr 2016-cı il tarixində saat 09.00-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR