26-10-2016 [16:44]
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Demokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi "Azərbaycanın maddi-mənəvi sərvətlərinin tanıdılması və qorunması ilə bağlı maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində bu gün növbəti tədbir keçirib.
İctimai Birliyin sədri Mütəllim Rəhimov əsas məqsədin maddi-mədəni sərvətlərimizin xarici ölkələrə daşınmasının qarşısını almaq və xarici muzeylərdə olan sərvətlərimizlə bağlı maarifləndirmə işləri aparmaqla, ölkəmizə və xalqımıza qarşı aparılan şər, böhtan, qarayaxma kampaniyalarına faktlarla cavab verə biləcək məlumatlı vətəndaşlar yetişdirmək olduğunu bildirib. O deyib ki, "tariximizə, maddi-mənəvi, milli dəyərlərimizə, yad məmləkətlərdə "qolu qandallı” qalan abidələrimizin taleyinə biganə qalmaq olmaz. Bütün vasitələrlərdən istifadə edərək onlar haqda müfəssəl məlumata malik olmaq hər birimizin borcudur. Onları öyrənməsək, barələrində geniş məlumat əldə eləməsək yadlar onlara sahib duracaq.”
Daha sonra ekspert Ayaz Əfəndiyev çıxış edib. O deyib ki, fəxrlə demək olar ki, bu gün dünya xalqları Azərbaycanın mənəvi dəyərləri ilə tanışdır. Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq miqyasda apardığı təbliğat işləri, həyata keçirilən davamlı tədbirlər milli-mənəvi dəyərlərimizin dünyada tanınmasını təmin edir. Söz yox ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdirilməlidir.
Maddi-mənəvi sərvətlərimizə müasir dövrdə olan münasibətdən danışan ekspert Vüqar Əliyev isə bildirib ki, "narahatedici faktor budur ki, cəmiyyətimizdə tarixi maddi, mədəniyyət nümunələrimizə qarşı sevgi də kifayət qədər deyil. Apardığımız müşahidələr göstərir ki, insanlar əllərində olan tarixi əhəmiyyət daşıyan maddi-mədəni sərvətlərimizi xaricə aparmağa və yaxud xarici vətəndaşlara daha yüksək qiymətə satmağa meyllidirlər. Onlar əslində əllərində olan bu sərvətlərin qiymətini real olaraq dəyərləndirə bilmir, onun milli maraqlarımız üçün nə qədər əhəmiyyət kəsb etdiyini dərk etmirlər. Ona görə də bu əvəzsiz sərvətlər yalnız bir neçə gün yaxşı yaşamaq naminə və yaxud biznes maraqları üçün pula dəyişdirilir. Beləliklə, vətəndaşlarımız satdığı əşyanın yalnız fiziki qiymətini alır, halbuki ölkəmiz üçün çox böyük, ölçüyəgəlməz mənəvi dəyəri qiymətləndirilmir.”
Daha sonra V.Əliyev xarici muzeylərdə saxlanılan Azərbaycanın maddi-mənəvi sərvətləri haqqında iştirakçılara ətraflı bilgi verib.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb