Nazir kollegiyanı topladı - Tapşırıqlar verdi

img

26-10-2016 [15:24]


Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2016-cı ilin doqquz ayının yekunlarına həsr edilmiş səyyar kollegiya keçirilib.

Kollegiyada bildirilib ki, hesabat dövründə nazirliyin qarşısında qoyulan tapşırıqların vaxtında təmin edilməsi üçün dünyanın inkişaf etmiş dövlətlərinin hərbi sənaye kompleksinə daxil olan şirkət və qurumlarla hərbi-texniki sahədə əməkdaşlıq davam etdirilib.

Qeyd olunub ki, 2009-cu ildən beynəlxalq sərgilərə qatılan MSN "ADEX-2016” ikinci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin keçirilməsini yüksək səviyyədə təşkil edib. Sərgidə ilk dəfə nümayiş etdirilən məmulatlardan mina əleyhinə "İldırım” və "Qasırğa” zirehli maşınları, "AZAD Sistemlər” müəssisəsi tərəfindən hazırlanan pilotsuz uçuş aparatlarının ən yeni tipli təkmilləşdirilmiş variantları, yeni növ atıcı silahlar, tank əleyhinə idarə olunan raketlə təchiz edilmiş "Gürzə” nəzarət patrul maşını, döyüş sursatları və onların partladıcı başlıqları sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanıb: "Sərgi çərçivəsində hərbi-texniki əməkdaşlığın müxtəlif istiqamətləri üzrə danışıqlar aparıldı və bir sıra yeni layihələrin reallaşdırılması məsələləri müzakirə olunub. Sərgi zamanı Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında yeni növ kamikadze tipli "Zərbə” və kəşfiyyat-müşahidə xarakterli pilotsuz uçuş aparatlarının istehsal edilib. Silahlı Qüvvələrin istifadəsinə verilməsinə dair memorandum imzalanıb”.
İclaslarda birlik və müəssisə rəhbərlərinin hesabatları dinlənilib. Nazir Yavər Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirib. Nazir prezident İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

Digər xəbərlər
SON XƏBƏRLƏR