Ləğv olunan bank haqda qərar dəyişdi

img

26-10-2016 [15:04]


Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası "Günay Sığorta” ASC və "Qala Sığorta” ASC-yə bir sıra icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılması üçün icazə verib.

Mia.az xəbər verir ki, "Günay Sığorta” ASC tərəfindən "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”, "Daşınmaz əmlakın icbari sığortası” və "Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası” növləri, "Qala Sığorta” ASC tərəfindən isə "Sərnişinlərin icbari fərdi qəza sığortası” növü üzrə fəaliyyətin aparılmasına dair icazənin alınması ilə bağlı müraciət edilib.

Hər iki sığortaçı tərəfindən Palataya daxil olmuş müraciətlər müsbət dəyəndirilib və qeyd olunan icbari sığorta növləri üzrə fəaliyyətlərin aparılmasına dair qərar qəbul edilib.

Direktolar Şurasının iclası zamanı həmçinin lisenziyası ləğv edilmiş "Parabank” ASC-nin bank olmayan kredit təşkilatına (BOKT) transformasiyası və müvafiq fəaliyyət planı müzakirə olunub və bankın BOKT-yə çevrilməsinə dair razılıq verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR