AzTV-dəki qalmaqalı Avropa Məhkəməsi araşdıracaq - Rejissordan şikayət

img

26-10-2016 [15:01]


AzTV-nin Musiqi verlişləri redaksiyasının sabiq əməkdaşı, tanınmış rejissor Nərgiz Cabbarlı, televiziyanın rəhbəri Arif Alışanovdan Avropa Məhkəməsinə şikayət edib.

Mia.az xəbər verir ki, N.Cabbarlı Sputnik-ə deyib ki, yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün bu addımı atıb: "Mən AzTV-nin uğursuz sədri Arif Alışanovun qanunsuz göstərişi ilə işdən çıxarılmışam. Yerli məhkəmələr ədaləti bərpa etmədiyi üçün Avropa Məhkəməsinə müraciət etmişəm. Şikayətim qəbul edilib və yaxın vaxtlarda məsələyə baxılacaq".

N.Cabbarlı bildirb ki, AzTV-nin sədri A.Alışanovun "əlaltısı" kimi tanınan, redaksiyanın baş redaktoru Nadir Axundovun əməllərinə etiraz etdiyi üçün qanunsuz olaraq işdən çıxarılıb: "Təbii ki, bu işdə qeyri-peşəkar sədr Arif Alışanovun "zəngin və parlaq" keçmişinə bələd olmağım da öz rolunu oynayıb. Çünki, bu ləkələri keçmiş sədrin ağrılı yeridir".

Xanım rejissor iddia edib ki, daim hakimləri ələ alması ilə lovğalanan A.Alışanov və N.Axundov ədalətdən gizlənə bilməyəcəklər: "Bir də nəzərdən qaçırmasınlar ki, Allah aşkar-gizlin olan hər şeyi görür və gec-tez bütün günahkarların cəzasını verir. AzTV cılız kilkə balıqlarının, yox, mənəviyyat və peşəkarlıq baxımından balinaların yeri olmalıdır".



Digər xəbərlər
SON XƏBƏRLƏR