Böhranlı vəziyyətdə olan "Neftçi"nin rəhbərliyində dəyişikliklər oldu - Yeni təyinatlar

img

26-10-2016 [14:56]


Son aylar rəhbərliklə azarkeşlər, o cümlədən idman jurnalistləri arasında ciddi sıxıntıların yaşandığı "Neftçi” klubunda  inzibati heyət və kadr siyasətinin optimallaşdırılması ilə bağlı qərar qəbul edilib.

Mia.az kliubun saytına istinadən xəbər verir ki, qərara görə, Orxan Hüseynzadə icraçı direktor vəzifəsinə təyin olunub. Hüseynzadə həmçinin idman direktoru vəzifəsini də yerinə yetirəcək.

Bundan başqa, icraçı direktorun maliyyə məsələləri üzrə müavini vəzifəsinə isə Elnur Eyvazov təyin edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR