Hakim müstəntiqlə bağlı qərardad çıxardı - Məhkəmədə gözlənilməz olay

img

26-10-2016 [14:34]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nüşabə Baxışovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə ilkin hazırlıq iclası baş tutub.

N.Baxışovanın vəkili Elman Ağayev vəsatət verərək istintaq zamanı müstəntiqin kobud pozuntulara yol verdiyini deyib və işin istintaqa qaytarılmasını istəyib: "İstintaq zamanı Nüşabə Baxışova vəkillə təmin olunmayıb"

Məhkəmə kollegiyasının qərarı ilə vəsatət təmin edilib və işin icraatının dayandırılaraq cinayət işi prokurorluğa qaytarılıb.

Həmçinin müstəntiqin barəsində xüsusi qərar qəbul edib.

Qeyd edək ki, Nüşabə Baxışova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilir.

N.Baxışova özünü vəkil kimi təqdim edərək məhkəmələrdə iş həll etmək adı ilə 16 nəfərdən 180 min manat alaraq mənimsəyib.

Qafqazinfo.az


Digər xəbərlər
SON XƏBƏRLƏR