Sabah hava necə olacaq? - Nazirlik açıqladı

img

26-10-2016 [13:16]


Sabah Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var.

Havanın temperaturu yarımadada gecə 5-7° isti, gündüz 9-12°, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu, nisbi rütubət gecə 85-95 %, gündüz 60-70 % təşkil edəcək. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi cənub rayonlarında yağış yağacağı gözlənilir.

Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR