"Prezident dərmanlarla bağlı ciddi tapşırıqlar verib" - Deputatdan açıqladı

img

26-10-2016 [12:55]


"Azərbaycanda həkim resepti olmadan buraxılan dərmanların geniş şəkildə reklamının tərəfdarı deyiləm”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, həkim resepti olamdan buraxılan dərmanlar sonradan ciddi fəsadlar yaradır: " Dərmanların düzgün dozası müəyyən edilmədən qəbulu sonra ciddi fəsadlara gətirib çıxarır. Bəzən kimsə reklamda dərmana baxır deyir ki, bu pataloji əlamətdən məndə də var. Gedir həmin dərmanı alıb atır, amma sonra məlum olur ki, bu dərman ona uyğun deyil və sonra da xəstənin müalicəsi daha da çətinləşir”.

Komitə sədri əlavə edib ki, Azərbaycanda dərman istehsalı ilə bağlı ciddi işlər aparılır: "Dövlət başçısının dərman vasitələrinin təchizatı ilə bağlı ciddi tapşırıqları var və ölkədə dərman istehsalı zavodlarının yaradılması istiqamətində mühüm işlər aparılır”.


Digər xəbərlər
SON XƏBƏRLƏR