Qanunsuz ov edən 16 əcnəbi, 137 yerli vətəndaş saxlanıldı

img

26-10-2016 [10:46]


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçirilib.

Mia.az nazirliyin saytına istinadən xəbər verir ki, reydlər zamanı qanunsuz ovla məşğul olan 137 yerli vətəndaş saxlanılıb, onlardan 119 ov tüfəngi, 415 patron, 17 baş qanunsuz ovlanmış quş götürülüb. Eyni zamanda Beyləqan, İmişli, Hacıqabul, Biləsuvar, Xızı, Xaçmaz və Quba inzibati rayonlarının ərazisində və "Ağgöl” Milli Parkında qadağan olunmuş alətlərlə (tələ, cələ, ilgək) qanunsuz ov edən 16 əcnəbi (BƏƏ, Türkiyə, Pakistan, İraq və Suriya) vətəndaş saxlanılıb və onlardan ov məqsədilə istifadə etdikləri quşlar götürülərək təbiətə buraxılıb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokol tərtib olunaraq, ümumilikdə 144 nəfər inzibati qaydada 162600 manat məbləğində cərimə edilib. Xarici vətəndaşların ölkə ərazisindən çıxarılması ilə əlaqədar Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR