Tale Heydərovun filminin təqdimatı oldu - Fotolar

img

22-10-2016 [11:52]


Ötən gün "Gənc səslər, qədim nəğmə” etnoqrafik sənədli filmin təqdimatı keçirilib.

Tədbirdə çıxış edən sənədli filmin icraçı prodüseri, Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov filmin 4 il ərzində ərsəyə gəldiyini qeyd edib:

"Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan muğamının dünyada tanıdılmasında böyük rol oynayır, xeyli işlər görülür. Biz layihəyə Azərbaycanı çox illər bundan əvvəl tanıyan Cefri Verboku cəlb etdik. Cefri Azərbaycan muğamını sadə vətəndaşlardan belə yaxşı bilir. O, peşəkar muğam ifaçısı statusunu qazanıb. Bütün bu illər ərzində filmin ərsəyə gətirilməsinə çalışmışıq
.

Bu, bizim uzumüddətli layihəmizdir. Filmin reallaşmasına 4 ildən artıq vaxt gedib. Bütün çətinliklərə baxmayaraq muğam sənəti Azərbaycanda yaşamaqdadır. Bu musiqini yaşadan Qarabağdan köçkün düşən gənclərdir, insanlardır. Ekran işinin təqdimatı bir çox ölkələrdə təqdim ediləcək”.

T. Heydərov daha sonra çıxış üçün ekran işinin rejissoru, tanınmış amerikalı muğam ifaçısıCefri Verbokusəhnəyə dəvət edib.

C. Verbok layihəni 16 il bundan əvvəl hazırladığını qeyd edib:

"Layihəni 16 il bundan qabaq hazırlamışdıq. 8 ildən bundan əvvəl isə Avropa Azərbaycan Cəmiyyəti ilə razılaşdıq. Filmin ərsəyə gəlməsi barədə müzakirələr apardıq. Layihəni ərsəyə gətirdik. Azərbaycanın çox gözəl mədəniyyəti var. Çox ölkələri gəzmişəm, ancaq belə bir mədəniyyət görməmişəm. Qoyun, bütün dünya Azərbaycan muğamını tanısın. İllər əvvəl çəkdiyim görüntüləri birləşdirdim, maraqlı etnoqrafik sənədli film ortaya çıxardıq”.
Filmdə Azərbaycan, xüsusilə də muğam haqqında mədəni bir fenomen kimi danışılır, daha sonra onun beşiyi olan Qarabağın itirilməsindən bəhs edilir.

Ekran işində həmçinin, 1972-ci ildə Los-Angelesdə yaşayarkən özü üçün muğamı kəşf edən Verbokun əslən dərbəndli olan yaşlı bir dağ yəhudisi ilə həyatını dəyişən görüşü haqda da məlumat verilir.

Filmin artıq Böyük Britaniyanın paytaxtı London da təqdimatı olub. Bu cür təqdimatların Avropanın digər ölkələrində təşkili də nəzərdə tutulub.

Layihənin digər rejissoru isə Keti-Robin Qartondur.


Digər xəbərlər
SON XƏBƏRLƏR