Polat Alemdar dindirildi - “FETÖ”yə görə

img

21-10-2016 [20:23]


Xəbər verdiyimiz kimi, "Kurtlar Vadisi” serialı haqqında dövlət çevrilişi ilə əlaqədar araşdırma başladılıb. 

Belə ki, Türk Patent İnstitutu 15 iyuldan əvvəl "Kurtlar Vadisi Çevriliş" markası üçün müraciət edən Pana Film haqqında prokurorluğa müraciət edib. Məsələ ilə əlaqədar artıq istintaq başlayıb.

"Qafqazinfo”nun Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, İstanbul Cumhuriyyət Baş Prokurorluğunda aparılan istintaq tədbirləri çərçivəsində aktyor Necati Şaşmaz Çağlayandakı İstanbul Ədliyyə Sarayında dindirilib. O, ifadə verdikdən sonra ədliyyəni tərk edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR