21-10-2016 [20:08]
Bakının Binəqədi rayonunda Rəsulzadə adlı bir qəsəbə var. Bu başıbəlalı qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə adlandırılsa da, buradakı Yeni Yaşayış massivinin sakinləri heç də bu şərəfə layiq yaşamır.
APA TV-nin məlumatına görə, qəsəbənin kanalizasiyası tutulduğundan, Yeni Yaşayış massivindəki evlər ətraf aləmdən tamamilə təcrid olunub.
Sakinlər deyir ki, bir neçə dəfə problemlə əlaqədar aidiyyəti orqanlara müraciət ediblər. Di gəl ki, onlar "bu gün get, sabah gəl", "sabah yox, o biri gün gələrsiniz" kimi vədlərlə Yeni Yaşayış massivi sakinlərini inandırmağa çalışıblar ki, problemləri tezliklə, el içində desək, "Əncir ağacı çiçək açanda" həll olunacaq. Amma nə əncir çiçəkləmək, nə də bu qəsəbədən su çəkilmək bilir. Sakinlərin bəziləri üç gün əvvəl öz hesabına xüsusi texnika gətirərək, həyətlərinə dolan suyu az da olsa, qurutmağa çalışıblar. Amma qəsəbənin bu ağrılı problemini həll etməyə texnika belə kifayət eləmir. Belə olanda isə tarıma çəkilən yalnız sakinlərin əsəbləridir ki, bu cür acınacaqlı vəziyyətə də onlar daha tab gətirmək niyyətində deyillər: "İki günün içində mən 300 manat benzinə pul vermişəm. Pompanı qapının ağzına qoyub ordan-burdan suyu çəkdirirəm. On dəqiqəyə bu su yığılır. Burada yaşayış olar, oğlum, sənə qurban olum?".
Rəsmi qurumların köməyini gözləməkdən əlacı kəsilən sakinlərin bəziləri isə yolun üzərinə qum kisələrini yığmaqla suyun qarşısını kəsməyə çalışır. Amma bu da faydasızdır. Yeni massiv sakinlərinin canını boğazına yığan su yalnız aidiyyəti qurumların müdaxiləsindən sonra tamamilə quruya bilər ki, rəsmi qurumlar da əksinə, hələlik "müdrik susqunluq" sərgiləməklə məşğuldur.
Vəziyyəti yerində müşahidə etmək üçün sakinlərdən birinin həyətini lentə almaq qərarına gəlirik.
Bu evlərin sayı Rəsulzadə qəsəbəsində həddindən artıq çoxdur. Suyun dərinliyi mənim dayandığım yerdən də bəllidir.
Həyətə dolan su ev əşyalarını da yararsız hala salıb.
Ramin Əbdürrəhimov, qəsəbə sakini: "Günümüzü görürsünüz də. Düz bir həftədir bu vəziyyət belədir. İcra Hakimiyyətinə getmişik, bələdiyyəyə getmişik. Suda qalmışam düz 4 saat".
Sakinlərdən küçənin hər yerinə vəziyyətin bu cür davam etdiyi barəsində soruşduq. Cavabında dedilər ki, digər məhəllələrə baxanda, burada vəziyyət necə deyərlər, möhtəşəmdir. Məsələnin nə yerdə olduğunu anlayıb, sakinlərdən birinin köməyi ilə qaz borusunun üzərindən keçib məhəllənin bir tərəfindən digərinə yollanırıq.
Bu ərazidə yaşayan sakinlər evlərinə getmək üçün gördüyünüz qaz borusunun üzəri ilə hərəkət etməli olurlar. Çünki, yerdə həqiqətən də gəzmək mümkün deyil. Hətta, özümüz də belə ehtiyat eləyə-eləyə gəldik yavaş-yavaş çıxdıq bu əraziyə. Baxın, görürsünüz, oraların vəziyyəti də kadrlardan təsvir olunur. Həqiqətən də burada yaşayan sakinlər çox acınacaqlı vəziyyətdə yaşamağa məcburdurlar.
Nurlan Namazov, qəsəbə sakini: "Qardaş, günümüz-güzəranımız budur. Hara gedirik, kimə deyirik, heç kim gəlib bizə kömək eləmir. Baxın, çəkin. Gölün içində yaşayırıq, qardaş".
Gölün içində yaşayanlardan biri də qəsəbə sakini Xatirə Mehdiyevanın ailəsidir. Qonşuları deyir ki, Mehdiyevlərin evi bu ərazidə ən çox zərər çəkən evlərdəndir. Onların sözünə görə, su evə dolduğundan, onu tamamilə yaşanılmaz hala salıb. Çəkiliş apardığımız vaxt Xatirə xanım evdə olmadığından, vəziyyəti anası nəql edir:"Bircə dənə otaqdır. Mənim nə oğlum var, nə yoldaşım, nə qardaşım var. Nə də qızımın oğlu var. Bircə dənə yeddi yaşında qızı var. Bircə dənə kreditlə ev götürüb tikmişəm, o da çatladı. Görün hələ nə vəziyyətdəyəm".
Kanalizasiya problemi ilə yanaşı, sakinlərin marşrut dərdi də var ki, fürsət düşmüşkən, bizdən bu problemin də həllində yardım etməyi istədilər: "İndi suyu bir-iki günə çəkmirlər. Heç olmazsa, bir avtobus versinlər ki, camaat avtobusla gedə bilsin. Belə şey olar? Evdə donuruq, daha nə deyim?"
Doğrudan da mənzərə qarşısında deməyə bir söz yox idi. Necə deyərlər, kadrlar danışır.
Rəsulzadə qəsəbəsinin Yeni Yaşayış massivinin sakinləri isə cavabdeh şəxslərin danışmasının deyil, iş görməsinin tərəfdarıdır. Çünki onlar sudan quruya çıxmaq istəyir. Soyuq qış ayları hələ irəlidə olduğundan, onlar bu fəsli suyun içərisində qarşılamaq istəmirlər. Həqiqətən də XXI əsrdə kanalizasiya sularının cəngində yaşamağı kim istər ki?
Mövcud problemlə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, hazırda sözügedən əraziyə yığılan suyun çəkilməsi üzrə müvafiq işlər aparılır. Bu isə o deməkdir ki, qəsəbə sakinləri bir qədər səbr etsələr, yaxın günlərdə onların bu problemi də həll edilmiş olacaq.
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb