Polisdən sürücülərə - Xəbərdarlıq

img

21-10-2016 [17:37]


Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) yol hərəkəti qaydasını pozan sürücülərə xəbardarlıq edib.

İdarənin İctimai əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Yol hərəkəti haqqında" qanunun tələblərinə əsasən bilərkdən və ya bilmədən, qəsdən və ya ehtiyatsızlıqdan yol hərəkəti qaydasının pozulması inzibati xəta sayılır və buna yol verənlər qanunla müəyyənləşdirilmiş formada cəzalandırılırlar: "Əgər yağmurlu hava şəraitində sürücü yol nişanını görmürsə bu o demək deyil ki, o məsuliyyətdən azad olunur. Sürücü hərəkət etdiyi yolda nişanı və yaxud asfalt qatı üzərindəki xətti görmürsə onda ikinci dərəcəli zolaqla hərəkət edib üstünlüyü digər nəqliyyat vasitələrinə verməlidir".

Onun sözlərinə görə, yağmurlu, ciskinli hava şəraitində ən aşağı sürət həddi seçilməlidir. "Yol və meteoroloji şərait nəzərə alınaraq əyləc məsafəsi sürət həddi ilə ölçülməlidir".

Bölmə rəisi əlavə edib ki, sürücülər yağmurlu hava şəraitində dövlət qeydiyyat nişanlarını təmiz saxlamalıdır: "Belə olmadığı təqdirdə sürücü inzibati məsuliyyət daşıyır".


Digər xəbərlər
SON XƏBƏRLƏR