Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs dövlət qeydiyyatına alındı - Komissiya yaradılacaq

img

21-10-2016 [17:31]


Dövlət İmtahan Mərkəzi (DİM) publik hüquqi şəxs dövlət qeydiyyatına alınıb.

Eyni zamanda, DİM-in yeni saytı – dim.gov.az da istifadəyə verilib. 

DİM-dən faktı təsdiqləyiblər.

Bildirilib ki, DİM dövlət qeydiyyatına alındığı üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğv edilməsi istiqamətində Ləğvetmə Komissiyası yaradılacaq(APA)

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 11-də Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.  


Digər xəbərlər
SON XƏBƏRLƏR