Azərbaycan gömrükçüləri ilə İran arasında vahid sistem yarandı - Rəsmi

img

21-10-2016 [15:55]


Azərbaycanın Dövlət Gömrük Komitəsi (DGK) ilə İranın Gömrük İdarəsi arasında "Məlumat mübadiləsi sistemi" üzrə texniki təminat sənədi imzalanması iki ölkənin gömrük orqanlarını vahid bir sistemə çevirəcək.

Bunu İranın Gömrük İdarəsinin rəhbəri Məsud Kərbasiyan deyib.

"Bu sənədin imzalanması ilə iki ölkə arasında ticarət mübadiləsi asanlaşacaq, gömrük sistemində işlər sürətlənəcək", – deyə M. Kərbasiyan bildirib.

İki ölkənin dəmir yolu xətlərinin birləşdirilməsinə toxunan qurum rəhbəri qeyd edib ki, bu, İrana Azərbaycan vasitəsilə Avropaya çıxış imkanı verir: "İki ölkə arasında daşımaların, o cümlədən tranzit daşımalarının həcmi artacaq. Bu baxımdan dəmir yolu xətlərinin birləşdirilməsi olduqca vacibdir".

O əlavə edib ki, iki ölkə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır: "İki ölkənin prezidenti əlaqələrin inkişafında israrlıdır. Hazırda iki ölkə arasında əlaqələr yaxşı səviyyədədir. Biz qonşu Azərbaycanla əlaqələri əməldə inkişaf etdirməkdə maraqlıyıq".

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR