Nikolas Maduro Azərbaycana səfər edəcək - 4 günlük

img

21-10-2016 [13:25]


Venesuela Prezidenti Nikolas Maduro Azərbaycana səfər edəcək.

Bu barədə Venesuela hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

Səfərin məqsədi neft hasilatının dondurulması ilə bağlı məsələləri müzakirə etməkdir.

Məlumatda deyilir ki, o əvvəlcə Neft İxrac Edən Ölkələrin Təşkilatına (OPEC) üzv ölkələrə, daha sonra isə qeyri-üzv ölkələrə səfər edəcək. Səfər çərçivəsində onun Azərbaycanla yanaşı İran, Səudiyyə Ərəbistanı və Qətərə də gedəcəyi planlaşdırılır.

Qeyd edək ki, N.Maduro artıq cümə axşamından etibarən səfərinə başlayıb və səfər ümumilikdə 4 gün davam edəcək. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR