21-10-2016 [11:34]
Sentyabrın ortalarında proqnozlaşdırdığım kimi, manatın qısa müddətli möhkəmlənməsi valyuta bazarımızda dolların güclənməsi ilə əvəz olunmaqdadır.
Mia.az xəbər verir ki, dolların yenidən qalxamasına reaksiya verən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, dolların yenidən möhkəmlənəcəyi gözlənilən və proqnozlaşdırılan idi:
"Mərkəzi Bankın manat bazasını məhdudlaşdırması və hərraclarda xarici valyuta intervensiyası uzun deyil, qısa müddətli dövr üçün səmərəli alətlərdir. Digər tərəfdən, neftin dünya bazara qiyməti azalmağa başladıqdan sonra 11 milyard dollardan çox vəsaiti artıq xərcləyən Mərkəzi Bankın təxminən 4 milyard dollarlıq valyuta ehtiyatları ilə manevr imkanları məhdudlaşıb. Hazırda daha çox Dövlət Neft Fondunun valyuta təkifləri üzərində prosesə müdaxilə etməyə çalışan Mərkəzi Bankın intervensiya məbləğinin mərhələli şəkildə azalacağı şübhəsizdir".
İqtisadçının sözlərinə görə, bu il üçün ümumi büdcəsi 10 milyard 688 milyon manat olan Dövlət Neft Fondu dövlət büdcəsinə 7 milyard 615 milyon manat transfer etməsi gözlənilirdi:
"Amma büdcənin icrası ilə bağlı açıqlanan son rəqəmlə göstərir ki, heç də nəzərdə tutulan məbləğin hamısı büdəcəyə köçürülməyəcək. Fond bu ilin ötən aylarında artıq 3 milyard dollardan artıq valyutanı hərraclar vasitəsi ilə manata çevirib. Neft Fondu büdcə öhədlikləri başa çatanadək hərraclara çıxacaq, Mərkəzi Bank isə valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışacaq.
Deməli, hər iki qurum orta və uzun müddətli dövrdə bazarda əsas oyunçu olmaqda maraqlı deyillər. Bu baxımdan, valyuta bazarındakı növbəti dəyişikliklər birbaşa hərraca Dövlət Neft Fondu və Mərkəzi Bankın nə qədər valyuta çıxarmasından asılı olasa da, böyük həcmdə valyutanın hər hərracda təklif edilməsi texniki baxımdan mümkün deyil".
Dollara olan tələbin artmaqda davam edəcəyinin gözlənilən olduğunu deyən Vüqar Bayramovun sözlərinə görə, İdxal, xarici borc ödənişləri və dollarlaşma prosesi xarici valyutalara tələbi yenə də artıracaq:
"Borc öhdəlikləri ilə yanaşı, ilin sonuna doğru idxalın həcminin artacağı və eləcə də xarici səfərlərin çoxalacağı gözlənilir ki, bu da valyutaya tələbi artıracaq. Neftin dünya bazar qiyməti isə psixoloji təsirlərə baxmayaraq, hər barel üçün 50 dollar ətrafında dəyişməkdədir. Deməli, hələlik neftin dünya bazar qiyməti valyuta bazarına hətta psixoloji təsir də göstərə bilmir. Bu baxımdan, xarici valyutaya artan tələb dolların möhkəmlənməsinin davam edəcəyini şərtləndirir".
İsrail ordusu Livanın cənubunu fasiləsiz bombalayır - Dağıntılar var
XİN-dən xəbərdarlıq: "Livana getməyin!"
Türkiyə ordusu İraqa girir, 30 km-lik neytral zolaq çəkiləcək: "Hədəfdə iki bölgə var"
Başlıbel qətliamından 31 il ötür
Körfəz ölkələrində sel: 18 nəfər ölüb - 10-u tələbədir
Yaponiyada ard-arda zəlzələ olub
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyə Pakistana başsağlığı verib - 63 nəfərin ölümü ilə bağlı
Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb - FOTO
Azərbaycanla daha bir ölkə arasında viza tələbi qaldırılır
Prezident İlham Əliyev Şuşa ilə bağlı sərəncam imzalayıb
Çingiz Abdullayev sağalıb - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Əfv Komissiyası toplandı: daha 100-dən artıq müraciətə baxılıb
Hərbi Hava Qüvvələri təlimdə - VİDEO
Yunanıstanda etiraz: işçilər bir günlük işə çıxmayacaq
Daha bir prezident COP29-a dəvət olunub
ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana səfər edəcək
Eldar Əzizov müxalifətin mitinq tələbinə "yox" dedi
Daha bir sabiq deputat vəfat edib
“AFB Bank” zərər edib
Rəsmi Moskvadan sülhməramlıların Azərbaycandan vaxtından əvvəl çıxarılması haqda - Açıqlama
Jurnalist Cəmil Məmmədliyə hökm oxunub
Prezidentin köməkçisi yeni sədri kollektivə təqdim edib
Azərbaycanda film kimi olay: kişi evli ola-ola başqası ilə nigaha girib - "İkinci qadın vərəsə ola bilməz"
Sabiq deputat Hadı Rəcəbli 76 yaşında qəfil vəfat edib - Səhərə yaxın... (Yenilənib)
Qəzzada ölənlərin sayı hər gün artır
İstanbulda azərbaycanlı azyaşlı qız kimsəsiz kimi xəstəxanaya yerləşdirilib - Konsulluq və İşçi Qrupu nə işlə məşğuldur?
9 milyon manatlıq mənimsəmə... - “Bina Tikinti Kompaniyası” MMC-nin rəhbərinin cinayət işi yekunlaşıb
Yeni Ədliyyə naziri adaşını vəzifədən çıxardı - DİN-in şöbə rəisi nazirliyə gətirildi (YENİLƏNİB)
Sabahın hava proqnozu açıqlandı
Tofiq Quliyev Avropa çempionu olub
Xəzər TV-nin aparıcısının maşını aşdı: Aytən Səfərova xəstəxanaya yerləşdirilib, ölən var (Yenilənib)
"Təhdid və təzyiq dili ilə danışmaq heç bir nəticə verməyəcək" - Rəsmi Bakı Fransanın bəyanatına cavab verdi
Ermənistandan sərhəddə daha bir təxribat: kəşfiyyat uçuşu həyata keçirən kvadrokopter ələ keçirildi - FOTOLAR
lham Əliyev Baş katibi qəbul edib - FOTO (Yenilənib)
Baxçalı İranın İsrailə hücumunu "teatr" adlandırıb - Açıqlama
"Qalatasaray" italyan futbolçuya qiymət qoydu - 25-30 milyon avro...