“Qarabağ”dan möhtəşəm qələbə - Yunan klubu məğlub edildi

img

21-10-2016 [00:40]


Bu gün Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçirilib.

Mia.az xəbər verir ki, "Qarabağ” öz meydanında PAOK-u qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.

Bununla da "Qarabağ" qrupda ilk qələbəsini qazanıb. Qolları 56-cı dəqiqədə Dani Kintana, 87-ci dəqiqədə isə Rahid Əmirquliyev vurublar. Bu qələbədən sonra komandamız 4 xalla PAOK-la birllikdə 2-cü və 3-cü yeri bölüşdürürlər. 

Qrupun digər oyununda "Fiorentina" "Slovan"ı 3:1 hesabı ilə məğlub edərək, liderlik kürsüsünə sahiblənib.



Digər xəbərlər
SON XƏBƏRLƏR