Şriftin ölçüsü / 238 dəfə oxunub

Millimiz FİFA reytinqində 45 pillə irəlilədi - Tarixi rekord

20 Oktyabr 2016 [19:34]
Futbol üzrə Azərbaycan milli komandası FİFA-nın yeni reytinq siyahısında 45 pillə irəliləyib.

Mia.az xəbər verir ki, yığmamız hazırda 404 xalla 88-cici pillədə qərarlaşıb. Azərbaycan yığmasının 2018-ci ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (2-cü yer, 1465 xal), Şimali İrlandiya (36-ci yer, 739 xal), Çexiya (40-cü yer, 662 xal), Norveç (81-cü yer, 481 xal) və San-Marino (200-cü yer, 17 xal).

Ötən ayın çox irəliləyən komandası Montenegro olub. 49 pilləlik sıçrayış edən komanda hazırda 56-cıdr. Ən pis göstərici isə Kipr məxsusdur. Bu komanda 52 pillə geriliyərək 139-cu pilləyə yuvarlanıb.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1621 xal), Almaniya (1465 xal), Braziliya (1410 xal), Belçika (1382 xal), Kolumbiya (1361 xal), Çili (1273 xal), Fransa (1271 xal), Portuqaliya (1231 xal), Uruqvay (1175 xal) və İspaniya (1168 xal).



SON XƏBƏRLƏR