Dini zəmində qanun pozuntuları ilə bağlı cəzalar ağırlaşdırılacaq

img

19-10-2016 [14:11]


Milli Məclisdə "Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklə əlaqədar Cinayət və İnzibati Xətalar məcəllələrinə təklif edilən dəyişikliklər oktyabrın 28-də plenar iclasın müzakirəsinə çıxarılacaq.

Milli Məclisdən verilən məlumata görə, ictimai yerlərdə, ibadətgahlardan kənarda dini ayinlərin keçirilməsi, dini ayinlərin və mərasimlərin əcnəbilər tərəfindən keçirilməsi, dini ekstremist materialların hazırlanması, dini fanatizm zəminində terrorçuluq, dini zəmində ayrı-seçkilik, dini ekstremizm əleyhinə əməliyyatların aparılması zamanı tələblərin pozulması və s.-lə bağlı sanksiyalar ayrı-ayrılıqda hər iki məcəllə üzrə müzakirəyə təqdim olunacaq.

Sanksiyalar müvafiq olaraq 3 000 manatdan 10 000 manata qədər cərimə, yaxud ömürlük azadlıqdan məhrum etməyə qədər cəzalardan ibarətdir.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR