''Düşmənlər torpaqlarımızdan rədd olub getməlidir'' - Akif Nağı

img

18-10-2016 [15:10]


Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibəti ilə təbrik edib.

Təbrikdə bildirilir: "Minlərlə insanın qanı bahasına əldə etdiyimiz mütəqilliyi göz bəbəyi kimi qorumalıyıq. Xalqımızın, dövlətimizin müstəqilliyindən önəmli heç nə yoxdur. Azərbaycanın müstəqilliyi həmişə və əbədi olacaq. Müstəqilliyimizə uzanan əlləri qətiyyətlə kəsəcək, məhv edəcəyik. Nə qədər ki, torpaqlarımız işğal altındadır, ərazi bütövlüyümüz pozulub, tam müstəqillik hissi ilə yaşaya bilmirik. Ərazi bütövlüyümüzə qəsd edən işğalçı Ermənistan, onun arxasında dayanan Rusiya, ABŞ və digər havadarlarıdır. Mübarizəmiz davam edir, bu mübarizə ərazi bütövlüyümüz bərpa olunana qədər sürəcək və hökmən qələbə ilə başa çatacaq. Bunu işğalçı Ermənistan, onun havadarları, bütün dünya bilməlidir. Düşmənlər torpaqlarımızdan rədd olub getməlidirlər, getməsələr, məhv ediləcəklər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR