Azərbaycanda silah alverçiləri tutuldu: Polis əməliyyat keçirdi

img

13-10-2016 [12:35]


Bərdədə silah satan şəxslər tutulub.

Mia.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Tərtər rayon sakini, 43 yaşlı Şikar Məmmədov 1 ədəd "AK” markalı silahı güllələri ilə birgə satarkən saxlanılıb.

Araşdırmalar zamanı onun silahı Laçın rayon sakini Tacir İsgəndərovdan aldığı müəyyənləşib. T. İsgəndərov da tutulub.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR