Deputat AŞPA-da Xocalı Soyqırımından danışdı

img

13-10-2016 [11:47]


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında "Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlıq: konkret və genişlənmiş öhdəliyə doğru” qətnamə layihəsi ətrafındda müzakirələr aparılıb.

Bu mövzu ətrafında müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımından danışıb: "Bu qərar layihəsinin məqsədi soyqırımlar, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin qarşısını almaq, bunları törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaqdır. Mənim və mənim kimi minlərlə azərbaycanlının bəzilərinin ailə üzvləri, qohumları, bəzilərinin döstları Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı qətlə yetiriliblər. Və biz insanlıq əlehinə cinayətlər, savaş cinayətləri törədənlərin ədalər qarşısında cavab verməsini ən çox dəstəkləyən ölkə və xalqlardan biriyik. AŞPA-da bir çox qərarlar alınır amma yenə də soyqırımlar, insanlıq əlehinə cinayətlər, müharibə cinayətlərinin şahidi oluruq. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə kifayətlənməmlidir. Qəbul etdiyi qərarların həyata keçirilməsi məsələsinə ciddi diqqət yetirməlidir.

Azərbaycan torpaqlarının 20 fazini 20 ildən artqdır ki işğal altında saxlayan Ermənistana qarşı Avropa Şurası tərəfindən heç bir ciddi addımlar atılmır. Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək, 20 mindən çox azərbaycanlını qətlə yetirib, Xocalı şəhərində dinc azərbaycanlılara qarşı soyqırım törədib, on minlərlə insan bədən üzvlərini, sağlamlığını itirib, 1 milyon azərbaycanlı 20 ildən artıqdır ki, məcburi köçkün həyatı yaşayır və öz evinə dönə bilmir. Bu dəhşətləri törədən, BMT və AŞPA qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistana qarşı bu təşkilatlar tərəfindən heç bir ciddi addımlar atılmır.

Ədaləti ciddi müdafiə edin! Təşkilatımız qəbul etdiyi qərarların yerinə yetirilməsi istiqamətində Ermənistana ciddi təsir etməlidir. Ədalətin bərpası bundan keçir. Ümid edirəm ki bu gün qəbul olunacaq sənəd insanlıq əlehinə cinayətlərə qarşı ciddi bir mübarizə imkanı yaradacaq və onların yerinə yetirilməsinə ciddi nəzarət edə biləcəyik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR